Sabah bidirişlərin seçicilərə paylanması prosesi başa çatır

Sabah bidirişlərin seçicilərə paylanması prosesi başa çatır
18 Sentyabr 2016
Mətni dəyiş
Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesi başa çatır.
“Azərbaycan Respublikasında keçirilən referendumda səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.
Referendumla əlaqədar bu müddət sabah, sentyabrın 7-də başa çatır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun