Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd rejimi sadələşdirilir

Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd rejimi sadələşdirilir
2 Sentyabr 2016
Mətni dəyiş
Prezident İlham Əliyev bəzi ölkələrin vətəndaşları üçün sərhəd rejiminin sadələşdirilməsi haqda sərəncam imzalayıb.
Turan-ın məlumatına görə, dövlət başçısı XİN, Gömrük Komitəsi, Sərhəd və Miqrasiya Xidmətinə tapşırıb ki, “Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəddə sərhəd-buraxılış məntəqələrində sürətli keçid” məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklifləri 3 ay ərzində hazırlasın.
Bununla yanaşı dövlət başçısı Turizm Şurasının yaradılmasına dair sərəncam imzalayıb.
Sərəncamda İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Mülki Aviasiya Administrasiyası və AZAL-a  ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq reyslərin təşkili ilə bağlı tədbirlər görmək həvalə olunur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun