Prezidentin Ehtiyat Fondunun büdcəsi də azalıb

Prezidentin Ehtiyat Fondunun büdcəsi də azalıb
1 Oktyabr 2016
Mətni dəyiş
"2017-ci ildə prezidentin Ehtiyat Fondunun vəsaiti 30 faizə qədər azalacaq", - bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə məlumat verib.
Ekspertin sözlərinə görə, prezidentin birbaşa sərəncamında olan vəsait 200 milyon manat təşkil edəcək:
"2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinin təhlili göstərir ki, bu illə müqayisədə ixtisar olunan yalnız bir sıra xərclər deyil, həm də ehtiyat fondlarıdır. Cəmi büdcə xərclərinin bu ilə nisbətən gələn il 1,5 milyard manat az planlanladırılması ehtiyat fonduna da təsir edib. Belə ki, 2017-ci ildə bütövlükdə ehtiyat fondlarına 300 milyon manat ayrılacaq ki, bu da cari illə müqayisədə 113 milyon azdır”.
Qubad İbadoğlu bildirib ki, azalma prezidentin ehtiyat fonduna daha ciddi təsir göstərib:
"Nəticədə azalan 113 milyon manatın 85 milyonu prezidentin Ehtiyat Fondunun ixtisarı hesabınadır. Beləliklə də 2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsində Azərbaycan Respublikası prezidentinin ehtiyat fondu 200 milyon manat müəyyənləşdirilib. Bu da 2016-cı illə müqayisədə 30 faiz azdır. Həmin məbləğ bu il üçün 285 milyon manat təsdiq olunmuşdu".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun