Natiq Cəfərli haqqında yeni qətimkan tədbiri seçilib

Natiq Cəfərli haqqında yeni qətimkan tədbiri seçilib
10 Sentyabr 2016
Mətni dəyiş
REAL hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Bu haqda N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib: "Nəsimi rayon Məhkəməsi N.Cəfərli barəsində həbs-qətimkan tədbiri seçilməsini ləğv edib. Amma istintaq getdiyi, cinayət işinə xitam verilmədiyi üçün hansısa bir tədbirin seçiləcəyi gözlənilirdi".
Vəkil bildirib ki, bu, N.Cəfərlinin Bakını tərk edə bilməməsi deməkdir. Onun sözlərinə görə, ittiham olduğu kimi qalır və istintaq davam edir.
N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılmışdı.
Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir. Özü isə ittihamları rədd edir, həbsinin sifarişli olduğunu bildirmişdi.
N.Cəfərli sentyabrın 9-da gözlənilmədən saxlanıldığı Kürdəxanıdakı istintaq təcridxanasından buraxılıb. Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun