Müsavat birgə mitinq keçirilməsinə qərar verib

Müsavat birgə mitinq keçirilməsinə qərar verib
15 Sentyabr 2016
Mətni dəyiş
Müsavat Partiyası sentyabrın 24-nə referendum əleyhinə növbəti mitinq təyin edib. Qərar partiya divanının sentyabrın 14-də keçirilən toplantısında verilib.
Bu haqda partiyanın mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, müzakirələr zamanı referenduma çıxarılan təkliflərə etiraz edən ictimai-siyasi təşkilatların birgə aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilib. Bu səbəbdən sentyabrın 24-də birgə mitinqin keçirilməsi qərara alınıb.
Divanın toplantısında həmçinin, Müsavat Partiyasının sentyabrın 18-nə təyin edilən mitinqinə hazırlıq məsələləri də müzakirə olunub.
Müsavat Partiyasının Konstitusiya dəyişikliklərinin əleyhinə olan digər siyasi qüvvələrlə razılaşdırmadan verdiyi birgə mitinq qərarına isə müttəfiqlərin münasibəti indilikdə bəlli deyil.
Qeyd edək ki, partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun