15 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı sentyabrın 19-da 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.
Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.