Cəmil Həsənli və Tofiq Yaqublu AŞPA-da görüş keçirib

Cəmil Həsənli və Tofiq Yaqublu AŞPA-da görüş keçirib
13 Sentyabr 2016
Mətni dəyiş
Avqustun 12-də Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şüranın üzvü, Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu AŞPA-da görüş keçirib. 
Bu barədə başqan müavini Tofiq Yaqublu sosial şəbəkədə məlumat yayıb: "Bu gün Strasburqda MŞ-nın sədri Cəmil Həsənli, keçmiş səfir Arif Məmmədov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, AXCP-nin mühacir üzvü Elnur Sadıqov və mən AŞ-nın İnsan Haqları üzrə Komissarı Nils Mujinekslə görüşdük. Görüşü çox səmərəli keçdi və düşünürəm ki, müsbət nəticələri olacaq".
Tofiq Yaqublu deyib ki, bu gün həmçinin Venesiya Komissiyasında çox mühüm görüşlər keçiriblər: "Günün sonunda isə AŞPA-nın rəhbərliyində görüşümüz oldu. Bütün görüşlərdə ölkə üçün ən aktual məsələlər müzakirə edildi. Görüşlərdə bizi əmin etdilər ki, Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha obyektiv və prinsipial olacaq”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun