16 Sentyabr 2016
Mətni dəyiş
“Basta” saytına və informasiya portalının facebook səhifəsinə xaker hücumu olub.
Xakerlər saytın səhifəsini ələ keçirib. Səhifədən Müsavat Partiyasının 18 sentyabr mitinqinə çağırış eventi və Müsavat başqanı Arif Hacılının mitinqlə bağlı müraciətini siliblər.
Saytın yaydığı məlumatda deyilir ki, səhifə ələ keçiriləndən sonra əvvəl AXCP sədri Əli Kərimlinin təbliğatı aparılıb, sayt facebook səhifəsinin ələ keçirildiyini açıqlayandan sonra səhifəyə Siyavuş Novruzovu təbliğ edən materiallar qoyulub.
Məlumatda həmçinin, xakerlərin saytın özünü saytını ələ keçirməyə cəhd etdikləri bildirilir.
"Basta"dan verilən məlumata görə, mütəxəssislər səhifəni geri qaytarmağa çalışırlar.