"Azadlıq" qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi çağırılıb.
Bu barədə məlumat verən Vidadi Məmmədov bildirib ki, prokurorluqdan zəng edərək onu sabah saat 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət ediblər.
Jurnalistin sözlərinə görə, ona hansı səbəbdən idarəyə çağırdığı deyilməyib: "Tam bilmirəm nəyə görə çağırılar. Ola bilər qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı olsun. İstənilən halda hara çağırsalar gedəcəm. Çünki hansısa bir cinayətin iştirakçısı olmadığıma əminəm".