Azərbaycanda daha bir zəlzələ olub

Azərbaycanda daha bir zəlzələ olub
8 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanın şimal-qərb bölgəsində daha bir zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün saat 01.29-da Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.
Zəlzələ Balakən ərazisində 4,1 bal, ətraf rayonlarda isə 2-3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, hər hansi bir dağıntı, fəsad baş verməyib. Zəlzələ zəif hiss olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun