Azərbaycanda anemiya ilə xəstələnmə halları artır

Azərbaycanda anemiya ilə xəstələnmə halları artır
12 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanda əhalinin anemiya ilə xəstələnməsi halları artır.
Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə görə, ötən il Azərbaycanda 45 798 nəfər ilk dəfə qoyulmuş anemiya diaqnozu ilə qeydiyyata alınıb. 2014-cü ildə isə bu rəqəm 43 730, 2013-cü ildə 37 435, 2012-ci ildə isə 35 042 olub.
Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 402,7, 2015-ci ildə isə 480,6 nəfər olub.
Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı artır. 2011-ci ildə Azərbaycanda İlk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018 nəfər olub.
Ölkədə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək uşaqların da sayı çoxalıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinə düşən anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı 969,2 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 1087,7-ə yüksəlib.
Ötən il ölkədə 353 uşaqda yod çatışmazlığı, 35 uşaq A vitamini çatışmazlığı, 723 uşaqda isə boy atmanın ləngiməsi və zəiflik diaqnozu qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun