Azərbaycan səhiyyənin vəziyyətinə görə 53-cüdür

Azərbaycan səhiyyənin vəziyyətinə görə 53-cüdür
29 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan səhiyyə sisteminin vəziyyətinə görə 55 ölkə içərisində 53-cü yeri tutur.
"Bloomberg" agentliyi səhiyyə sisteminin effektliliyini əks etdirən yeni reytinq cədvəlini dərc edib. Cədvəldə əhalisi 5 milyondan artıq olan ölkələrin – 55 ölkənin adı çəkilir, Azərbaycan 53-cüdür. Azərbaycandan geri qalanlar yalnız Braziliya, bir də Rusiyadır.
"Bloomberg" səhiyyə sisteminin effektliliyi indeksini müəyyən edərkən ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını (başqa xərclərə nisbətən və bütövlükdə) da nəzərə alıb.
Azərbaycanda səhiyyənin səmərəliliyi indeksi 30.9-dur. Azərbaycan sakinlərinin orta ömrü 70 yaş göstərilib. Ölkənin ÜDM-sinin cəmi 6%-nin səhiyyəyə xərcləndiyi müəyyən edilib, bu isə adambaşına düşən xərcin ildə 470 dollara bərabər olması deməkdir.
Səhiyyəyə çəkilən xərc dedikdə, agentlik xəstəliklərin qarşısının alınması, müalicə tədbirləri, ailə planlanması, qida və təcili yardımla bağlı xidmətlərə ayrılan vəsaitlərin nəzərdə tutulduğu bildirir.
Siyahıya başçılıq edənlər Honkonq, Sinqapur, İspaniyadır. Honkonqda əhalinin orta ömrü 83-84 ildir, səhiyyəyə xərclənən vəsait adambaşına 2 min dollardan çoxdur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun