Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak edəcək

Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak edəcək
3 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan prezidenti İslam Kərimovun dəfnində iştirak üçün bu ölkəyə yola düşüb.
Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Məlumata görə, nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun