Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib

Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib
14 Sentyabr 2016
Mətni dəyiş
Bu ilin avqust ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qida zəhərlənməsi hadisələrində 190 nəfər zərər çəkib. Ötən müddət ərzində ölkədə 2 nəfər botulizmlə xəstələnib.
Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.
Avqust ayında zəhərlənmələrin sayının digər aylarla müqayisədə çox olmasının əsas səbəbi həmin ayda Göyçay və Beyləqanda keçirilən toylarda baş vermiş kütləvi zəhərlənmələr olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun