2 Sentyabr 2016
Mətni dəyiş
Avqust ayında 2,1 milyard kilovatsaatdan artıq enerji istehsal edilib. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Məlumatda qeyd olunur ki, cari ilin ötən 8 ayı ərzində isə 14,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.