80-dən çox dövlət əmlakı hərraca çıxarılacaq

80-dən çox dövlət əmlakı hərraca çıxarılacaq
29 Sentyabr 2016
Mətni dəyiş
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 25 oktyabr tarixində hərrac keçiriləcəyi elan edilib.
Hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb ki, bu əmlakların 26-sı nəzarət səhm paketinin 30-45%-i hərraca çıxarılan Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kənd-kimya, təmir-tikinti, nəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir.
25 oktyabr tarixində keçiriləcək hərraca çıxarılan digər 36 dövlət əmlakının 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 28-i isə kiçik dövlət müəssisə və obyektləridir. Bu obyektlər sırasında paytaxtda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Gədəbəy, Xaçmaz, Şəmkir rayonlarında yerləşən xidmət, ictimai iaşə və ticarət müəssisələri vardır.
Daşınmaz dövlət əmlaklarından əlavə, 22 nəqliyyat vasitəsi də hərraca çıxarılıb. Onların bir qismi müxtəlif qurumların balansında olan lakin istismar edilməyən müxtəlif xarici markalara aid avtomobillərdir.
Təşkil olunan bu açıq hərraclarda istənilən şəxs sifariş verərək iştirakçı statusu qazana və əmlak sahibi ola bilər. İştirak üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada və ya Hərracların Təşkili üzrə Auksion Mərkəzində sifariş vermək və əmlakın satış qiymətinin 10%-i məbləğində behi banka ödəmək yetərlidir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun