11 sentyabr hadisəsindən 15 il ötür

11 sentyabr hadisəsindən 15 il ötür
11 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-da və dünyada 11 sentyabr hücumlarının 15 illiyi qeyd olunub. Nyu York şəhərində Dünya Ticarət Mərkəzinin qüllələrinə edilmiş hücumlar 6 saniyəlik sükutla yad edilib.
5 il öncə Nyu Yorkda mərkəzin iki binasına, Vaşinqtonda Pentaqon binasına və Pensilvaniyada tarlaya edilən hücumlar zamanı 3000-ə yaxın insan həyatını itirib.
19 hücumçudan on beşi Səudiyyə vətəndaşı olub.
Müstəqil palatan;n bir il sonra hazırladığı sənədlərdə göstərilib ki, hücumlara maddi dəstəyini Səudiyyə Ərəbistanının daxilindəki qüvvələr verib, lakin rəsmi olaraq Səudiyyənin rolu barədə heç bir açıqlama verilməyib.
Ötən həftə ABŞ Konqresi yekdilliklə 11 sentyabr qurbanlarının ailələrinə Səudiyyə hökumətini məhkəməyə verməyə imkan verən qanun layihəsini qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun