5 Avqust 2016
Mətni dəyiş
"Neftqaztikinti" Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması işlərini başa çatdırmaq üzrədir.
SOCAR-ın yaydığı xəbərə görə, sifarişçi "Azneft" İstehsalat Birliyidir.
Məlumatda deyilir ki, indiyədək özüldəki 30 quyunun avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş metal-konstruksiyalar ləğv edilib.
Bundan başqa, işçilərin zəruri fərdi mühafizə vasitələri ilə təmin olunduğu da bildirilir.
2015-ci il dekabrın 4-də adıçəkilən 10 saylı platformada yanğın baş vermişdi. Platformadakı 64 nəfər neftçidən yalnız 34 nəfəri xilas edilmişdi. Qalan neftçilərdən indiyə kimi yalnız 14-nün meyiti tapılıb.