1 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Hakim Vaqif Musaqulovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 15-nə təyin olunub.
Proses zamanı X. İsmayılova dövlət hesabına tutulan vəkil Mehran Kərimovdan imtina edib.
Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.