Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək

Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək
2 Avqust 2016
Mətni dəyiş
Rusiya Prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan, İran və Rusiya liderlərinin ilk üçtərəfli iclasında iştirak etmək üçün Bakıya gələcək.
Vladimir Putin, Əliyev və İran Prezidenti Həsən Ruhaninin beynəlxalq və regional siyasət, enerji və nəqliyyat sahələrində, xüsusilə də praktiki əməkdaşlığın perspektivləri kimi aktual məsələləri müzakirə edəcəyi gözlənilir.
Bakıda olduğu müddətdə Rusiya prezidenti Putinin Azərbaycan və İran prezidentləri ilə ayrı-ayrı ikitərəfli danışıqlar aparması planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun