Sivil Toplum Platforması forum qərarı verib

Sivil Toplum Platforması forum qərarı verib
9 Avqust 2016
Mətni dəyiş
Referenduma çıxarılacaq Konstitusiya dəyişikliklər müzakirə ediləcək
Sivil Toplum Platforması (STP) növbəti toplantısını keçirib. Toplantıda STP üzvləri əsas etibarilə 26 sentyabra təyin olunmuş Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib və ciddi narahatlıqlarını bölüşüblər.
Qərara alınıb ki, bununla əlaqədar STP-nin ayrıca mövqe sənədi hazırlansın. Eyni zamanda təkliflərin dərindən araşdırılması və yaxın zamanlarda geniş müzakirənin təşkili üçün ictimai Forum keçirilməsi qərarlaşdırılıb.
Toplantıda həmçinin STP üzvü Fuad Həsənovun sağlıq durumu müzakirə edilib, səhhətinin ciddi ağırlığı ilə bağlı dərin narahatlıq qeyd olunub. Həmçinin onun müalicəsinə fərdi, toplu və dövlət halında dəstək üçün STP adından müraciət qəbul edilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun