29 Avqust 2016
Mətni dəyiş
Bu gün tanımış jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həbsindən bir il ötür.
Seymur Həzi 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1999-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi alıb. AMEA-nın Fəlsəfə İnstitutunun aspirantıdır. 2000-ci ildən AXCP-nin üzvü, 2005-ci ildən 2008-ci ilə qədər partiyanın Gənclər Təşkilatının sədri olub.
Vicdan məhbusu Türkiyədən yayımlanan "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və həmçinin “Azadlıq” qəzetinin şərhçisi, siyasət şöbəsinin müdiri olub.
Seymur Həzi 2014-cü ilin avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məhkəmə haqqında 5 il həbs qərarı verib.
Beynəlxaq insan haqqları təşkilatları Seymur Həzinin həbsini siyasi hesab edir, onu vicdan məhbusu kimi tanıyır.
Seymur Həzi 2016-cı ildə Norveçin Oslo Fritt Ord Foundunun və Almaniyanın ZEIT-Stiftung Ebel və Gerd Bucerius təşkilatlarının Beynəlxalq Azad Mətbuat mükafatına layiq görülüb.