16 Avqust 2016
Mətni dəyiş
Dünən axşam polis tərəfindən saxlanan REAL üzvləri haqqında vəkil Elçin Sadıqov açıqlamalar verib:
"Toğrul İsmayılov və Elşən Qasımov dünən axşam saat 18.00 radələrində polis tərəfindən saxlanılıb. Onların Konstitusiya dəyişikliklərinə "YOX" deyək posterini yaydıqları üçün saxlanıldıqları bildirilib.
Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurlar. Polisə tabe olmamaq bəhanəsini də qeyd edirlər. Hər ikisi əvvəlcə axşam saatlarında 9-cu polis bölməsinə, səhər isə məhkəməyə gətiriliblər.
Toğrul İsmayılov barəsində 7 sutkalıq inzibati həbs qərarı seçilib. Elşən Qasımov barəsində işə isə məhkəmənin indiki dəqiqələrdə baxmasını gözləyirik".
Vəkil qeyd edib ki, Nəşriyyatın işçisi Hümbətov Bəhruz Etibar oğluna da 7 sutkalıq inzibati həbs cəzası verilib. Elçin Sadıqovun sözlərinə görə protokola qol çəkdirilən zaman polis tərəfindən saxlanılan REAL-çılara müəyyən təzyiqlər də olub.