Sabah hava yağışlı olacaq

Sabah hava yağışlı olacaq
28 Avqust 2016
Mətni dəyiş
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.  Havanın temperaturunun  gecə  20-25° isti,  gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 761 mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz  35-45 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 29-da gündüz əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  33-38°, dağlarda gecə 13-18° isti, gündüz  23-28° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun