Ruslan Qarayevin buraxılması gözlənir

Ruslan Qarayevin buraxılması gözlənir
9 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qarayevin bu gün axşam saatlarında azadlığa buraxılacağı gözlənir.
Bu məlumatı R.Qarayevin vəkili Əsabəli Mustafayev verib.
Vəkilin sözlərinə görə, inzibati həbsi müddəti ərzində R.Qarayevlə cəmi iki dəfə görüşə bilib: «Bilərəkdən problem yaradırdılar, vaxtımın çoxu görüşdən çox gözləməyə gedirdi».
R.Qarayevə 20 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Vəkilinin deməsinə görə, onu polisə müqavimət adı ilə saxlayıblar. Ancaq gənc polisə hər hansı müqavimət göstərmədiyini bildirib.
Xatırladaq ki, R.Qarayev iyulun 20-si axşam saatlarında saxlanmışdı.
Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini düşünür.
Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun