Referendum üzrə təşviqat qrupları üçün son müddət başa çatır

Referendum üzrə təşviqat qrupları üçün son müddət başa çatır
22 Avqust 2016
Mətni dəyiş
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum üzrə  təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
Seçki Məcəlləsinə görə, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir.
Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar bu müddət bu gün saat 18:00-da başa çatacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun