17 Avqust 2016
Mətni dəyiş
Bu ilin payızında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.
Bu sözləri Qazaxıstan xarici işlər naziri Erlan İdrisov keçirdiyi mətbuat konfransında deyib.
E. İdrisov bildirib ki, N. Nazarbayevin payızda Polşa və Serbiyaya səfərləri planlaşdırılır. Onun sözlərinə görə, N. Nazarbayev sentyabrda Çində keçiriləcək “G20” sammitinə də dəvətlidir: “Bu ilin payızında Qazaxıstan prezidenti Azərbaycan, Yaponiya, Cənubi Koreya, Ermənistan, Səudiyyə Ərəbistanı və İordaniyaya da səfər edəcək”.