29 Avqust 2016
Mətni dəyiş
Rusiyanın “Komiaviatrans” aviaşirkəti Nijni Novqorod şəhərindən Bakıya birbaşa reysləri bərpa edib.
Aviaşirkət avqustun 26-da Nijni Novqorod şəhərinin “Striqino” hava limanından Bakıya uçuşlara başlayıb. Uçuşlar 50 sərnişin tutumlu “Embraer 145” layneri ilə həyata keçirilir.
Nijni Novqoroddan Bakıya olan aviareys 10:30-da yola düşüb, Bakıdan əks istiqamətə isə saat 20:15-də uçub. Uçuş vaxtı 2 saat 45 dəqiqədir. Bu istiqamətdə biletin qiyməti 411 manat (17 min rubl) təşkil edir.