Natiq Kərimovun istintaq müddəti uzadıldı

Natiq Kərimovun istintaq müddəti uzadıldı
8 Avqust 2016
Mətni dəyiş
Avqustun 8-i Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovla bağlı cinayət işi üzrə istintaqın müddətinin uzadılması məsələsinə baxılıb.
Vəkil Eyyub Ələkbərov APA-ya bildirib ki, məhkəmə istintaqın müddətinin 3 ay uzadılması barədə istintaq orqanının müraciətini nəzərə alıb və bununla bağlı qərar qəbul edib.
N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Ötən il noyabrın 26-da güc orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla, altı nəfər həlak olub.
Nardaran hadisələri zamanı "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun tərəfdarları həbs edilib. Prokurorluğun məlumatına görə, ümumilikdə 70 nəfərdən çox şəxs həbsdədir.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həmin hadisələr zamanı mətbuat vasitəsilə kənd sakinlərini hökumət orqanlarının tələblərinə müsbət cavab verməyə çağırmışdı. 2 ay sonra onun özü də istintaqa cəlb edildi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun