Natiq Cəfərli vəkili ilə görüşüb

Natiq Cəfərli vəkili ilə görüşüb
13 Avqust 2016
Mətni dəyiş
Avqustun 12-də saxlanılaraq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli bu gün vəkili ilə görüşüb.
Bu barədə N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, o, N.Cəfərli ilə Nərimanov rayon Polis İdarəsində görüşüb.
Xatırladaq ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun