4 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proses zamanı təqsirləndirilən Rasim Cəbrayılov ifadə verib. O ifadəsində özünü təqsirli bilmədiyini, polis işçilərinə atəş açmadığını deyib. R. Cəbrayılov bildirib ki, hadisə baş verən gün onlar namaz qılmaq üçün toplanıblar.
Zakir Mustafayev, Əli Nuriyev, Ramin Yarıyev və Aqil İsmayolov da ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər.
Qeyd edək ki, məhkəmə prosesi avqustun 10-da davam etdiriləcək.