22 Avqust 2016
Mətni dəyiş
Bu gün Müsavat Partiyası başqanı, partiya üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Fəxri xiyabanda Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı keçirilən anım mərasimində partiya başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış ediblər.
Qeyd edək ki, Əbülfəz Elçibəy uzun sürən xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Əbülfəz Elçibəyin Fəxri Xiyabanda dəfn edilib.