Müsavat partiyası MSK-nı məhkəməyə verir

Müsavat partiyası MSK-nı məhkəməyə verir
29 Avqust 2016
Mətni dəyiş
Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) "Respublika" təşviqat qrupunu qeydə almaması ilə bağlı qərarından məhkəməyə şikayət edəcək.
Bu haqda Müsavat başqanı Arif Hacılı məlumat verib.
Onun sözlərinə görə, məhkəməyə müraciət hazırlanır. "Hüquqşünaslar şikayəti hazırlayırlar. Bu gün şikayəti məhkəməyə təqdim edəcəyik", - deyən A.Hacılı imzaların etibarlılığına əmin olduqlarını bildirib.
O, təşəbbüs qrupunun qeydə alınması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklərini vurğulayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun