30 Avqust 2016
Mətni dəyiş
Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planlaşdırır. Partiya Divanın son iclasında mitinqlərlə bağlı məsələ müzakirə olunub.
Bu haqda məlumatı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib.
Aslanlı bildirib ki, məsələ ilə bağlı artıq komitə də yaradılıb, ancaq mitinqlərin vaxtı hələ müəyyən edilməyib.
Mərkəzi icra aparatının rəhbəri mitinqlərin Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumla bağlı planlaşdırıldığını qeyd edib: "Aksiyanın vaxtı Mitinq Komitəsində müəyyənləşdiriləcək".
Qeyd edək ki, avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi "Respublika" təşviqat qrupunu qeydə almaqdan imtina edib.