MTRŞ yeni televiziya kanalı barədə açıqlama verib

MTRŞ yeni televiziya kanalı barədə açıqlama verib
5 Avqust 2016
Mətni dəyiş
“Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”. Bu sözləri jurnalistlərə açıqlaması zamanı MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O bildirib ki, hazırda Azərbaycanda 23 televiziya yayımçısı var, onlardan 10-u ümumrespublika, 13-ü isə regional yayımçıdır: “Ümumilikdə isə Azərbaycanda lisenziya almış teleradio yayımçılarının sayı 74-dür”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun