3 Avqust 2016
Mətni dəyiş
“Qarşıdan gələn referendum ilə bağlı Mərkəzi Seçki Komissiyasının diqqət mərkəzində dayanan məsələlərdən biri də seçici siyahısı ilə işdir. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla, il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. İnamla demək olar ki, cari ilin mayında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş seçici siyahıları ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün tam hazır sayıla bilər”.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov “Azərbaycan” qəzetində məqaləsində bildirib.
N. Məmmədov qeyd edib ki, MSK üzvləri və əməkdaşları referendum dövrü İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə ümumxalq səsverməsi (referendum) və referendum prosesinin müxtəlif məsələlərinə həsr olunmuş mövzularla çıxış edəcək, eyni zamanda, mətbuatda ictimai maraq doğuran məqalə və müsahibələr çap etdirəcəklər.