MSK referendumla bağlı daha iki təşviqat qrupunu qeydə alıb

MSK referendumla bağlı daha iki təşviqat qrupunu qeydə alıb
20 Avqust 2016
Mətni dəyiş
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb.
Bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.
Daha sonra məsələ səsə qoyulub və hər iki təşviqat qrupu qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun