4 Avqust 2016
Mətni dəyiş
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclas zamanı respublika üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.
Beləliklə, MSK 124 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edib. İclasda qeyd olunub ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi isə Milli Məclisə keçirilən təkrar seçkilər zamanı yenidən təşkil olunub.
İclasda həmçinin MSK-nın 26 və 27 iyul 2016-cı il tarixli iclasların protokolları təsdiqlənib.