"İctimai-siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər məhkəmə zalına buraxılmır"

"İctimai-siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər məhkəmə zalına buraxılmır"
4 Avqust 2016
Mətni dəyiş
"Müsəlman Birliyi" hərəkatının sədri Hacı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin işi üzrə məhkəmə davam edir. Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə binasının qarşısına bir çox ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və həbs olunanların yaxınları toplaşıb.
Hüquq müdafiəçisi Oktay Gülalıyev sosial şəbəkədə məhkəmə prosesi ilə bağlı fikirlərini paylaşıb. Hüquq müdafiəçisi bildirib ki, məhkəmənin adı "açıq" olsa da, məhkəmə prosesi yarım qapalı keçirilib, ictimai-siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər, təqsirləndirilən şəxslərin yaxınları zala buraxılmayıb:
məhkəmə
20-yə yaxın ağır maddə ilə ittiham, amma məhkəmə açıq, şəffaf, ədalətli keçirilmir?
"Yalnız hər məhkumun yaxın ailə üzvündən 1 və ya yaxşı halda 2 nəfər məhkəmə prosesini izləyə bilərdi. Nə qədər cəhd etsək də bizi də məhkəməyə buraxmadılar. Əvvalə qeyd etmək lazımdır ki, əgər bu açıq məhkəmədirsə, niyə insanlar məhkəmə zalına buraxılmırlar? Niyə məhkəmə prosesləri yarımqapalı keçirilir? Əgər doğurdan da insanların məhkəməyə buraxılmaması məhkəmə salonlarının darısqal olması ilə bağlıdırsa, bu vəziyyət insanların deyil, hakimiyyətin problemidir. Necə ola bilir ki, sən 18 nəfəri həbs edib onlara cinayət məcəlləsinin 20-yə yaxın ən ağır maddəsi ilə qondarma ittiham irəli sürürsən, onları ömürlük həbsə hazırlayırsan, amma məhkəmələrinin açıq, şəffaf və ədalətli keçirilməsini təmin etmirsən?"
Oktay Gülalıyev hesab edir ki, ictimaiyyət nümayəndələrinin, hüquq müdafiəçilərinin, mətbuat işçilərinin məhkəmə proseslərinə buraxılmaması sırf siyasi qərardır və məqsəd “Nardaran işi” ilə bağlı əsl həqiqətlər ictimaiyyətdən gizlədilməsidi:
fuad qəhrəmanlı taleh bağırzadə"Hər şey xalqın, yerli və beynəlxalq ictimaiyyətin yaddaşında AzTV-nin düzüb-qoşduğu “terror”, “dövlət çevrilişi” şousu kimi qalsın. Hakimiyyət istəyir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən əsassız ittihamların ifşa olunması, həmin şəxslərə qarşı yol verilən işgəncə, zorakalıq, qeyri-insani hərəkətlər, siyasi bazarlıq cəhdləri, Milli Şuranı, AXCP-ni və onun rəhbərliyini “Nardaran işi”nə süni şəkildə bağlamaq iddiaları ictimailəşməsin. Mümkün qədər bu qanunsuz və biabırçı olaylardan az adam xəbərdar olsun".
Hüquq müdafiəçisi bütün bunlardan sonra belə qənaətə gəlir ki, “Nardaran işi” ilə bağlı məhkəmə prosesləri daha çox diqqətdə saxlanılmalı, təqsirləndirilən şəxslərə qarşı yol verilən qanunsuzluq və işgəncə halları daha çox ictimailəşməlidir:
"Bu gün Fuad Qəhrəmanlı Facebook-da yazdığı (və yazmadığı-red.) yazılara görə, ifadə etdiyi fikirlərə, düşüncələrinə görə ittiham olunur. Bu adamlar hələ bilmirlər ki, insanları düşüncələrinə görə ittiham etməzlər. Tale Bağırzadə və digərləri etmədiyi cinayətə görə ittiham olunurlar. Onların yerində sabah hər bir vətəndaş ola bilər. Növbənin bizə, qardaşımıza, dostumuza çatmaması üçün ən azından bu qanunsuzluqlara etiraz etməli, onlara dəstəyimizi bildirməliyik".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun