6 Avqust 2016
Mətni dəyiş
Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.
Bu haqda məlumatı keçmiş nazirin vəkili Əfqan Məmmədov verib.
Vəkil bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.
Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apllyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.