Həbs edilən Elgiz Qəhrəman barəsində şikayət verilib

Həbs edilən Elgiz Qəhrəman barəsində şikayət verilib
16 Avqust 2016
Mətni dəyiş
NİDA Vətəndaş Hərakatının üzvü Elgiz Qəhrəman barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Vəkil Nemət Kərimli bu barədə məlumat verib.
O qeyd edib ki, artıq şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.
Xatırladaq ki, Elgiz Qəhrəmana Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəman barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, avqustun 12-də saxlanılıb. Verilən ittihama görə,  Onun üzərinə baxış zamanı 3,315 qram heroin aşkarlanıb.
Avqustun 13-də isə E.Qəhrəman barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun