23 Avqust 2016
Mətni dəyiş
“Azadlıq” qəzetinin maliyyə redaktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli bu gün Nərimanov Polis İdarəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə F.Əmirlinin həyat yoldaşı Lalə Əmirli "facebook"da məlumat paylaşıb.
Qeyd edək ki, Faiq Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) üzrə ittiham irəli sürülüb.
Faiq Əmirli barəsində avqustun 22-də Nəsimi Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.