Fəalları polis hansı hadisəyə görə saxlamışdı? - videoreportaj

Fəalları polis hansı hadisəyə görə saxlamışdı? - videoreportaj
29 Avqust 2016
Mətni dəyiş
Avqustun 28-i gecə saatlarında gənc fəallar Məsud Əsgər, Samir Əsədli və jurnalist Mehman Hüseynov Sabunçu Xəstəxanasında həkim etinadsızlığını lentə alarkən polis tərəfindən saxlanılmışdılar. 
Polis bölməsindən sərbəst buraxılandan sonra fəallar hadisə ilə bağlı açıqlama da veriblər. Onlar bildiriblər ki, Sabunçu Xəstəxanasında həkimlərin özbaşınalığına görə xəstələrin yaxınları və xəstəxana işçiləri arasında mübahisə baş verib. Həmin hadisəni Mehman Hüseynov lentə alarkən mühafizəçilər müdaxilə edib və polis fəalları bölməyə aparıb.
Mehman Hüseynov sosial şəbəkədə hadisənin videosunu paylaşıb və həmin gün nələr baş verib o barədə yazıb. Jurnalist bildirib ki, ölkəni bərbad günə salıblar:
"Dəhşətlidir! Sabunçu xəstəxanasında dünən baş verən hadisə, baxın görün yerli xəstəxanalarda vətəndaşlarımızı necə öldürürlər. Baxın görün xəstə vətəndaşlarımızla necə davranırlar. Səhiyyəmizin əsl üzü ilə tanış olun! Sabunçu xəstəxanası (qəssabxanasında) özbaşnalığa baxın. Rüşvətxorluq, dərəbəylik. Bir sözlə cəhənnəmi görmək istəsəniz gedin Sabuçu xəstəxanasına!"
Mehman Hüseynov yazıb ki, həkimlər işdə yox, xəstələrə baxan yox, xəstəxana da polis nəzarətində: "Cinayyətkar baş həkim, orada işləyən tibb işçiləri, səhiyyə naziri buna diqqətlə baxsınlar, bunun məsuliyyətini sizlər daşıyırsız! Çalışın heç bir özbaşnalığa, ədalətsizliyə göz yummayın, çünki sabah bu insanların yerində bizim ailə üzvlərimiz ola bilər!"
[video width="1280" height="720" mp4="http://abzas.net/wp-content/uploads/2016/08/14116972_1813145072254084_1524387977_n-1.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun