Elton Quliyevin xatirəsinə turnir keçirilir - fotolar

Elton Quliyevin xatirəsinə turnir keçirilir - fotolar
5 Avqust 2016
Mətni dəyiş
Bir qrup gəncin təşəbbüsü ilə mərhum vəkil Elton Quliyevin xatirəsinə futbol turniri təşkil olunub. Turnirdə ictimai-siyasi təşkilatların gənclərdən ibarət komandaları, keçmiş siyasi məhbuslar və jurnalist, bloqqerlərdən ibarət komandalar iştirak edir.
Çempionatda 8 komanda iştirak edir, komandalar bunlardır: AXCP Gənclər Komitəsi, Azad Gənclik Təşkilatı, Jurnalist və bloqçular (JB), Keçmiş Siyasi Məhbuslar (KSM), Nida Vətəndaş Hərəkatı, Müsavat Partiyası Gənclər Təşkilatı, Respublikaçı Alternativ (ReAl), Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı.
Buna da bax: Elton Quliyev kimdir? (fotolar)
Turnir çərçivəsində oyunlar başlamazdan əvvəl püşkatma keçirildi, qruplar formalaşdı. Turnirdə hərəsində 4 komanda olmaqla iki qrup var. A qrupunda AXCP GK, KSM, Müsavat TG, ReAl komandaları, B qrupunda isə Azad Gənclik Təşkilatı, Jurnalistlər və bloqçular, Nida Vətəndaş Hərəkatı və VHP Gənclər Təşkilatının komandaları təmsil olunur.
Artıq qrup mərhələsinin oyunları başlayıb. Keçən həftə 2 oyun keçirilib. A qrupun ReAl - KSM (10-4), B qrupunda AGT - NİDA (3-6) oyunları baş tutub. Bu həftə növbəti turun oyunları keçiriləcək.
Qeyd edək ki, tanınmış vəkil Elton Quliyev bir çox ictimai-siyasi fəalın vəkili olub, 2015-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Turnirin ilk oyunlarından fotoları təqdim edirik:
[caption id="attachment_4138" align="alignnone" width="1920"]Azad Gənclik Təşkilatı futbol komandası Azad Gənclik Təşkilatı futbol komandası[/caption] [caption id="attachment_4139" align="alignnone" width="1920"]AGT - NİDA oyunu AGT NİDA oyunu[/caption] [caption id="attachment_4145" align="alignnone" width="1844"]Keçmiş Siyasi Məhbuslar komandası Keçmiş Siyasi Məhbuslar komandası[/caption] [caption id="attachment_4144" align="alignnone" width="1920"]KSM - ReAl oyunu KSM - ReAl oyunu[/caption] [caption id="attachment_4143" align="alignnone" width="1919"]Elton QUliyev Turnir ReAl - KSM oyunu[/caption] [caption id="attachment_4142" align="alignnone" width="1920"]ReAl futbol komandası ReAl futbol komandası[/caption] [caption id="attachment_4140" align="alignnone" width="1920"]NİDA futbol komandası NİDA futbol komandası[/caption]    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun