Elgiz Qəhrəmanın vəkili ilə görüşünə icazə verilməyib

Elgiz Qəhrəmanın vəkili ilə görüşünə icazə verilməyib
18 Avqust 2016
Mətni dəyiş
12 avqust tarixində mülki geyimlilər tərəfindən oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılan və haqqında 4 ay həbs qətimkan tədbiri seçilən Elgiz Qəhrəmanın növbəti dəfə vəkili ilə görüşməsinə icazə verilməyib.
Gənc fəalın vəkili Nemət Kərimlinin sözlərinə görə, o, məhkəmədən sonra Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gedib. Ancaq idarədən bildiriblər ki, görüş mümkün deyil və Elgiz Qəhrəman Kürdəxanı İstintaq təcridxanasına köçürüləcək.
Verilən məlumata görə köçürülmə sabah baş tutacaq.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın apellyasiya şikayətinə bu gün saat 11.30-da Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti əsaslı saymayaraq rədd edib və həbs qərarı qüvvədə saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun