22 avqust Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfat etdiyi gündür.
Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Əliyev 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.
Xarici ezamiyyətdən sonra 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ildədək azadlıqdan məhrum edilib. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).
O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 1992-ci ildə Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə ilk dəfə prezident seçilib.
1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

[caption id="attachment_5993" align="alignnone" width="640"]

Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.[/caption]

[caption id="attachment_5997" align="alignnone" width="562"]

Elçibəy anası Mehrinisə ana ilə. Kələki. 1980-ci il.[/caption]
[caption id="attachment_6035" align="alignnone" width="521"]

Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il.[/caption]
[caption id="attachment_5998" align="alignnone" width="700"]

1989-cu ilin mtinqlərindən biri - Əbülfəz Elçibəy və Nemət Pənahlı[/caption]
[caption id="attachment_6008" align="alignnone" width="873"]

Soldan: Bəxtiyar Vahabzadə, Turan Yazqan, Elçibəy, Nihat Çətinqaya - Elçibəyə "Türk ocaqları"nın Atatürk ödülü verilməsi ilə bağlı ziyafət[/caption]
[caption id="attachment_5999" align="alignnone" width="600"]

28 may 1991-ci il, etiraz yürüşü.[/caption]
[caption id="attachment_6000" align="alignnone" width="600"]

29 avqust 1991-ci il, Elçibəy mitinqdə yaralanıb - qardaşı Almuradın evində[/caption]
[caption id="attachment_6001" align="alignnone" width="730"]

Soldan: Ramiz Rizayev, Eldar Salayev, Elçibəy, Rəsul Quliyev. 1991-ci il - Bakı ətrafı bağda[/caption]
[caption id="attachment_6002" align="alignnone" width="1017"]

Elçibəy Türkiyəyə oxumağa gedən tələbələr arasında - sentyabr 1991-ci il[/caption]
[caption id="attachment_6003" align="alignnone" width="600"]

15 may 1992-ci il, mitinq[/caption]
[caption id="attachment_6004" align="alignnone" width="816"]

Allahşükür Paşazadə və Əbülfəz Elçibəy - 25 yanvar 1992-ci il[/caption]
[caption id="attachment_6005" align="alignnone" width="821"]

Əbülfəz Elçibəy və İsa Qəmbər Ali Sovetdə - may 1992-ci il[/caption]

[caption id="attachment_6007" align="alignnone" width="814"]

Əbülfəz Elçibəy Alparslan Türkeşlə Azadlıq meydanında - 3 may 1992-ci il[/caption]

[caption id="attachment_6009" align="alignnone" width="600"]

Prezidentin andiçmə mərasimi - 16 iyun 1992-ci il[/caption]
[caption id="attachment_6039" align="alignnone" width="1024"]

Prezidentin andiçmə mərasimi - 1992-ci il 16 iyun[/caption]
[caption id="attachment_6010" align="alignnone" width="820"]

Ukrayna prezidenti Kravşuk və Azərbaycan nümayəndə heyəti - İstanbul, 25 iyun 1992-ci il[/caption]
[caption id="attachment_6011" align="alignnone" width="522"]

Sentyabr 1992-ci il - Prezident Əbülfəz Elçibəy[/caption]
[caption id="attachment_6013" align="alignnone" width="600"]

Milli Ordunun ilk paradında - 9 oktyabr 1992-ci il[/caption]
[caption id="attachment_6012" align="alignnone" width="600"]

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə görüş[/caption]
[caption id="attachment_6014" align="alignnone" width="869"]

Elçibəy Boris Yeltsinlə Azərbaycan - Rusiya dövlətlərarası müqavilə imzalayır. Moskva - 12 oktyabr 1992-ci il[/caption]
[caption id="attachment_6036" align="alignnone" width="1024"]

Azərbaycan prezidenti Əbülfəz Elçibəy və Rusiya prezidenti Boris Yeltsin[/caption]
[caption id="attachment_6045" align="alignnone" width="901"]

Elçibəy ABŞ Dövlət Departamentinin nümayəndəsi. R. Kozlariçi qəbul edərkən - 1992[/caption]
[caption id="attachment_6015" align="alignnone" width="785"]

Solda Türkiyə prezidenti Turqut Özal, sağda baş nazir Süleyman Dəmirəl - Ankara - 29 oktyabr 1992-ci il[/caption]
[caption id="attachment_6016" align="alignnone" width="799"]

Qırğızıstan prezidenti Əsgər Akayevlə - Ankara - 30 dekabr 1992-ci il[/caption]
[caption id="attachment_6017" align="alignnone" width="822"]

Soldan: İslam Kərimov, Elçibəy, Nursultan Nazarbayev (Ankara) - Türk cümhuriyyətlərinin zirvə toplantısı - 1992-ci il[/caption]
[caption id="attachment_6040" align="alignnone" width="889"]

Əbülfəz Elçibəy Türkiyədə təhsil alan kursantlarla - 1992-ci il[/caption]
[caption id="attachment_6018" align="alignnone" width="700"]

Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən - 1992-ci il[/caption]
[caption id="attachment_6041" align="alignnone" width="1000"]

Əbülfəz Elçibəy və Heydər Əliyev - 1992-ci il[/caption]
[caption id="attachment_6019" align="alignnone" width="576"]

Nəsibə Zeynalovanı qəbul edərkən - 1992-ci il[/caption]
[caption id="attachment_6020" align="alignnone" width="700"]

TRT-nin ç əkiliş qrupu ilə anidən AXC Ali Məclisinin sessiyasına qatılan Baris Manco Elçibəylə görüşdən sonra "Səhər" qəzetinin müxbiri İlhamə Qasımlıya müsahibə verir[/caption]
[caption id="attachment_6021" align="alignnone" width="795"]

Eduard Şevardnadze ilə mətbuat konfransında.[/caption]
[caption id="attachment_6022" align="alignnone" width="700"]

Əbülfəz Elçibəy Kələkidən Bakıya dönür - 30 oktyabr 1997-ci il[/caption]
[caption id="attachment_6023" align="alignnone" width="700"]

SİDSUH-un yaradılma mərasimi - 26 oktyabr 1998-ci il, Bakı[/caption]
[caption id="attachment_6024" align="alignnone" width="600"]

Elçibəy köməkçisi Oqtay Qasımovun toyunda - 2 aprel 1999-cu il[/caption]
[caption id="attachment_6026" align="alignnone" width="600"]

Elçibəyin kitablarının təqdimat mərasimi[/caption]
[caption id="attachment_6025" align="alignnone" width="600"]

Flora Kərimova ilə[/caption]
[caption id="attachment_6027" align="alignnone" width="600"]

Əbülfəz Elçibəy və bəstəkar Arif Məlikov - 15 iyul 1999-cu il[/caption]
[caption id="attachment_6029" align="alignnone" width="600"]

Elçibəy oğlu Ərturqutla (soldakı) - 1999-cu il[/caption]
[caption id="attachment_6028" align="alignnone" width="600"]

Əbülfəz Elçibəy qızı Çilənay xanımla[/caption]

[caption id="attachment_6046" align="alignnone" width="1600"]

Əbülfəz Elçibəy və gənc cəbhəçilər[/caption]
[caption id="attachment_6044" align="alignnone" width="600"]

Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay və Xanım Xəlilova - Türkiyədə toy məclisində[/caption]
[caption id="attachment_6030" align="alignnone" width="600"]

ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə - 20 may 2000-ci il[/caption]
[caption id="attachment_6031" align="alignnone" width="500"]

Əbülfəz Elçibəy ömrünün sonlarına yaxın[/caption]
[caption id="attachment_6032" align="alignnone" width="600"]

Heydər Əliyev və Murtuz Ələsgərov Elçibəyin dəfnində - avqust 2000-ci il[/caption]
[caption id="attachment_6033" align="alignnone" width="600"]

Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı - 2000-ci il[/caption]
[caption id="attachment_6047" align="alignnone" width="987"]

Əbülfəz Elçibəyin məzarı üstə heykəli[/caption]