23 Avqust 2016
Mətni dəyiş
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılıb.
Qeyd edək ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.