Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verildiyi, lakin hökumətin xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin din azadlığını məhdudlaşdırdığı deyilir. “Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb.”
Hesabatda deyilir ki, etibarlı rəqəmlər olmasa da, bəzi yerli müşahidəçilərin siyasi məhbus hesab etdiyi dini fəalların sayı 2014-cü ildə ilə 52 müqayisədə hazırda 46 kimi qeyd edilir. Bu rəqəmlərin təxmini olduğu və il ərzində saxlanılan və ya azad edilən dini fəalların sayı ilə bağlı etibarlı rəqəmlərin olmadığı bildirilir. Rəsmilərin azlıqda olan Yehovanın Şahidləri və Sələfilər dini qruplarının üzvləri və din xadimi Fətullah Gülənin davamçıları olduğundan şübhələnilən şəxslərin toplaşdığı yerlərdə reydlər keçirdiyi deyilir.
“Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb.”