25 Avqust 2016
Mətni dəyiş
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 26-da şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38°, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.