19 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Avqustun 22-də baş tutacaq depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 4,01%-9,49% təşkil edir.
Qeyd edək ki, hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.